1 Dekabr 2014 15:32
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bloqçu Əbdül Əbilovun anası Nurcahan Əbilova dekabrın 1-də “Media forum” saytına açıqlama verib. O deyib ki, oğlu prezident İlham Əliyevə müraciət edərək əfv istəyib: “Oğlumla axırıncı dəfə noyabrın 16-da görüşmüşəm. Üç ay idi görüş verilmirdi. Ora-bura şikayətdən sonra, nəhayət, üzbəüz görüşə bildim. Səhhəti yaxşı idi. Əbdül dedi ona gündə xəbər göndərirlər ki, əfv ərizəsini belə yaz. Oğlum əfv ərizəsi yazıb, amma onların dediyi kimi yox, öz bildiyimi kimi”.

Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. Bu il mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Bloqçu narkotik alverində təqsirli bilinib. Ailəsi isə onun “Feysbuk”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Feysbuk”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub.

“Media forum” saytının əldə etdiyi məlumata görə, Əbdül Əbilov Bakı İstintaq Təcridxanasından 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.


Müəllif:

Oxşar xəbərlər