2 Dekabr 2014 17:38
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu saatlarla narazılar görüş keçirir, təşəbbüs qrupunu formalaşdırır

Bir saat əvvəl Müsavat Partiyasında narazı kəsimi təmsil edən Qubad İbadoğlu elan edib ki, partiyada qalmaqla ictimai hərəkat yaradacaq.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu saatlarda hərəkatı yaradacaq müsavatçılar bir araya gələrək müzakirələr aparacaq. Müzakirələrdə Vurğun Əyyub, Hüseyn Məlik, Qubad İbadoğlu və digər şəxslərin iştirakı gözlənilir. Müzakirələrin nəticəsi olaraq sabah hərəkatın təşəbbüs qrupu yaradılacaq və elan olunacaq.

Mənbə qeyd edib ki, indiyə qədər partiyadan istefa edən, haqsızlığa etirazını bildirən Hikmət Hacızadə, Əlövsət Talışxanlı, Səxavət Əlisoy, Əhliman Abbas və digərlərinin hərəkatda təmsil olunacağı bildirilir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər