Oğuz rayonunun Mollalı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.