Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə “Borçalı” Cəmiyyətinin İdarə Heyətinin bir qrup üzvü görüşüb.
Teleqraf.com bildirir ki, görüşdə əsasən son günlər yaranan durum müzakirə edilib. Müzakirədə cəmiyyətin İdarə Heyətinin üzvləri akademik Ramiz Məmmədov, Firudin İsmayılov, Qivi Paçxataşvili, Salman Murğuzlu və Zəlimxan Məmmədli iştirak edib.
Görüşdə son zamanlar “Borçalı” Cəmiyyətinin bəzi üzvlərinin Gürcüstana buraxılmaması, soydaşlarımızın problemləri, gələcəkdə qarşılıqlı əlaqələr haqqında fikir mübadiləsi aparılıb. Səfir baş verənlərdən narahatlıq ifadə edərək, qarşılıqlı əlaqələrin faydalı olacağını ifadə edib. Görüşdə Səfirliyin digər əlaqədar səlahiyyətliləri də iştirak edib.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, görüş sağlam atmosferdə və qarşılıqlı anlaşma şəraitində keçib.
Cavidan