4 Dekabr 2014 15:46
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Teleqraf.com xəbər verir ki, bəyanatda cəbhə bölgəsində yaranan son durumdan narahatlıq ifadə olunub.

“Biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri - Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrov, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir Dağlıq Qarabağ münaqişəsinin həllinin sülh yolu ilə, zorakılıqdan çəkinməyə, tərəfləri uzunmüddətli həlli istiqamətində fəal çalışmağa çağırırıq” bəyanatda deyilir.

Bu barədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir.

“Biz təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi boyunca şiddətin yüksəlməsindən təəssüf edirik. İyul və aqust aylarında hərbi əməliyyatlar itki ilə nəticələndi və tərəflər arasında inamsızlığı dərinləşdirdi.

Görüşdə 1994-cü ilin atəşkəs rejiminin möhkəmləndirilməsi və sülh danışıqlarını inkişaf üçün daha əlverişli atmosfer yaratmaq üçün əlavə tədbirlər görməlidir. " deyə bəyanatda qeyd olunub.

Onlar bəyanatında deyib ki, 12 noyabrda hərbi helikopterin vurulması gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün gərginliyi azaldacaq və etimadı bərpa edəcək tədbirlərin vacibliyini göstərir.

“Biz gərginləşmənin qarşısını almaq üçün bütün tərəflərə təmkinlik nümayiş etdirmək üçün müraciət edirik.”

Bəyanatda qeyd olunub ki, həmsədr ölkələrin himayəsi altında hərtərəfli sülh sazişi üzrə danışıqlar mümkün qədər tez başlamaq lazımdır.

"Biz uzunmüddətli həllə nail olmaq və sülhə yeni bir fəsil açmaq üçün tərəflərlə sıx əməkdaşlıq etməyə hazırıq ,lakin Dağlıq Qarabağ münaqişəsində əsas məsuliyyət Azərbaycan və Ermənistan liderlərinin üzərinə düşür"deyə bəayanta vurğulanıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər