Bakının Suraxanı rayonunda itkin düşmüş yeniyetmə bacılar tapılıb.
Teleqraf.com xəbər verir ki, avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozundan yaşayan 2009-cu il təvəllüdlü Şəfiqə Abdullayeva və onun bacısı, 2008-ci il təvəllüdlü Arzu Abdullayeva yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.
Onların itkin düşməsi barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsində araşdırma başlanıb.
Hər iki bacı tapılaraq ailəsinə təhvil verilib.