9 Sentyabr 2022 15:48
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcüstana gedən "SCANIA" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və baxış zamanı kinoloji xidmət iti avtomobilin kabinəsinin ətrafına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, yoxlamadan öncə sorğu-sual edilən sürücü idarə etdiyi nəqliyyat vasitəsində və öz üzərində gömrük nəzarətindən gizlədilən və yaxud gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı isə onun ayağındakı corabın pəncə hissəsində gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan paketdə qablaşdırılan və üzərində “B2” yazısı olan 50 ədəd həb və 1 ədəd həb qırıntısından ibarət dərman preparatı aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən həblər “Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin II Siyahısı”na daxil olan buprenorfindir və təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər