14 Sentyabr 2022 11:49
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Əliyev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, onun üzərinə baxış zamanı ümumi çəkisi 2 kiloqram olan marixuana və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.

Cavid Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Cavid Əliyev barəsində Saray polis bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov