Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 44-cü plenar iclası bu gün Yunanıstanın paytaxtı Afina şəhərində öz işinə başlayıb.
Teleqraf.com bildirir ki, sözügedən tədbirdə Milli Məclisi Asəf Hacıyevin rəhbərliyi ilə deputatlar Jalə Əliyeva, Musa Quliyev, Ayaz Orucov, Mixail Zabelin təmsil edir. Toplantıda “Qara Dəniz Əməkdaşlığı regionu qlobal əməkdaşlıq sisteminin tərkib hissəsi kimi” mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.
Yığıncaqda QDİƏT və onun Parlament Assambleyasının, Qara Dəniz Ticarət və İnkişaf Bankının, Beynəlxalq Araşdırmalar Mərkəzinin fəaliyyətləri barədə məlumatlar dinləniləcək. İclas iştirakçıları, həmçinin, region ölkələrində beynəlxalq sərnişin və yük daşımalarının tənzimlənməsində, kiçik biznesin inkişafının hüquqi təminatında parlamentlərin rolu, gender bərabərliyi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Səfər zamanı millət vəkilləri Assambleya Bürosunun, Daimi Komitənin, Hüquqi və siyasi məsələlər komitəsinin iclaslarına da qatılacaqlar.
Səfər dekabrın 10-da başa çatacaq.
Nemət