25 Sentyabr 2022 09:53
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Gənclər şəhərciyində qeydə alınıb.

1962-ci il təvəllüdlü Rasim Qəhrəmanov tanışı tərəfindən yaşadığı binanın yaxınlığında bıçaqlanıb. Ona tibbi yardım göstərilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com