29 Sentyabr 2022 11:51
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada X sinif şagirdi məktəbdə qəflətən ölüb.

Teleqraf.com-un xəbərinə görə, hadisə şəhərin 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

Belə ki, rayon sakini, 2007-ci il təvəllüdlü Fariz Qasımovun tənəffüsdə halı pisləşib. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin məktəblinin öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır./Report.az


Müəllif: Teleqraf.com