Bakının Nizami rayonunda qadına qarşı cinayət hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 24-də rayon ərazisində Bakı şəhər sakini S.Xankişiyevanın içərisində pulu, sənədi və mobil telefonu olan cüzdanını naməlum şəxs əlindən alıb.
Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Eldar Orduxanov müəyyən olunaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.