13 Noyabr 2022 22:37
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran məhkəməsi Tehran vilayətində etirazçılardan biri barəsində ilkin ölüm hökmü çıxarıb.

Teleqraf.com xəbər verir ki, saxlanılan şəxs hökumət binasını yandırmaqda və kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.

Bundan əlavə, dincliyi pozmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı cinayətlər törətməkdə təqsirləndirilən digər etirazçılara qarşı 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 5 məhkəmə qərarı çıxarılıb.

Bildirlib ki, bu hökmlər ilkin hökmdür və onlardan apellyasiya məhkəməsinə şikayət verilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər