30 Noyabr 2022 13:27
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz yolla Azərbaycana gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizəsi dayandırıb.

Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilə baxış zamanı avtomaşının salonunda arxa oturacaqların üstündən və yük yerinə yığılmış halda, Azərbaycanın aksiz markası ilə markalanmamış 64 adda 59 348 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com