“Avatar: suyun yolu” filminə baxan hindistanlı kişi infarkt keçirərək dünyasını dəyişib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Lakshmireddi Srinu adlı bir nəfər kinoteatrda film nümayişinin ortasında huşunu itirib.
O, xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Həkimlər onun filmə baxarkən həyəcan və narahatlıq keçirdiyini irəli sürüblər.
Məlum olub ki, Srinu ölümündən bir müddət öncə koronavirusa yoluxub.