Mingəçevir Dövlət Unversitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Sahil küçəsi 9 ünvanında baş verib.
2003-cü il təvəllüdlü Qazax rayon sakini və Mingəçevir Dövlət Universitetinin tələbəsi Vüsal Hüseynov yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanılıb.