Mingəçevirdə orta məktəb müəllimi dəm qazından zəhərlənərək öldü.
Teleqraf.com xəbər verir ki, hadisə Mingəçevirdəki "kənd məcsidi" adlanan ərazinin yaxınlığında yerləşən fərdi təsərrüfatlardan birində baş verib.
1980-ci il təvəllüdlü şəhər sakini və 12 saylı orta məktəbin riyaziyyat müəllimi İsayeva Günel Arif qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.