Gəncə şəhərində qadını qətlə yetirən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Y.Hümbətovanı qətlə yetirməkdə şübhəli bilinən E.Quliyev Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 13-də həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini 1993-cü il təvəllüdlü G.Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara rayobn polis şöbəsibnin əməkdaşlarına təhvil verilib.