22 Mart 2023 14:24
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Qaraoğlan kəndi ərazisindəki magistral yolda baş verib.

Məlumata görə, qadın sürücü Şəfəq Balayeva idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com