1 Aprel 2023 19:14
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə maşın piyadanı vurub.

Teleqraf.com xəbər verir ki, hadisə 20 yanvar küçəsində baş verib.

"Şevrolet" markalı minik avtomobili yolu keçmək istəyən 50-55 yaşlı qadını vuraraq ona xəsarət yetirib.

Yaralı qadın xəstəxanaya çatdırılıb.

Qeyd edəki, şəhər mərkəzində baş verən başqa yol qəzasında - "Opel" və "Mercedes" markalı maşınların toqquşması nəticəsində ağır xəsarət alan olmasa da avtomobillər ciddi zərər görüb.


Müəllif: Teleqraf.com