Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, aprelin 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində bir qadının içərisində pulu olan cüzdanının və qızıl-zinət əşyalarının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Qurbanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.