9 Aprel 2023 14:10
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-uin yerli bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Elşan Məmmədov bazar ərazisində bıçaqlanıb.

O, 2 bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Onun qohumu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com