Abşeron rayonunda qətlə yetirilən Türkan Gündüzlə bağlı yeni məlumatlar üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüzün qətlə yetirdiyi həyat yoldaşı Türkan Gündüz tanınmış plastik-cərrah olub.
Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib.
Onun son iş yeri “City Hospital” klinikası olub.
***
09.12
Mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.