Bakıda 13 yaşlı oğlan, Şəkidə 16 yaşlı qız itkin düşüb.
Teleqraf.com xəbər verir ki, paytaxt sakini, 2010-cu il təvəllüdlü Kərimli Elmar Elnur oğlu mayın 1-də, Şəki sakini, 2007-ci il təvəllüdlü Hacıyeva Günsel Ramil qızı isə mayın 7-də yaşadıqları evdən çıxıb və bir daha daha geri qayıtmayıblar.
Eyni zamanda Bakıda xəstəxanadan çıxan şəxs də itkin düşüb.
Hadisə mayın 8-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası vətəndaşı İsmayılov Firudin Əlibala oğlu saat 17 radələrində müalicə aldığı “Ağciyər Xəstəlikləri” İnstitutundan çıxıb naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Hər üç faktla bağlı araşdırmalar aparılır.