Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən "Kalaşnikov" avtomatı aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Əli Allahverdiyev idarə etdiyi avtomobildə saxlanılıb.
Aparılan axtarış zamanı avtomobildən texniki cəhətdən işlək və atəşə tam yararlı "AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 7,62 çaplı 30 ədəd patron aşkar edilib.
Faktla bağlı Beyləqan rayon polis şöbəsində cinayət işi başlanılıb.
Ə.Allahverdiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.