25 May 2023 21:38
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axşam saatlarından başlayaraq yağan güclü yağış Daşkəsən və Göygöl rayonlarında bəzi fəsadlar yaradıb.

Teleqraf.com xəbər verir ki, leysan yağışlar ucqar kənd ərazilərində əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.

Sel suları səbəbindən avtomobil və kənd yollarında hərəkətdə qismən çətinlik yaranıb.

Qeyd edək ki, bölgədə güclü ildırımla müşahidə olunan yağıntılı hava şəraiti davam edir.


Müəllif: Teleqraf.com