Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, Kür çayında batan şəxs 2012-ci il təvəllüdlü Yusif Samir oğlu Nuruyev olub.
Onun Kür çayında çimən zaman boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən gün Fövqəladə Hallar Nazirliyi Kür çayında bir nəfərin batması barədə məlumat yaymışdı.