Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb..
Teleqraf.com xəbər verir ki, bir neçə dəqiqə davam edən dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.
Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.