3 İyun 2023 10:03
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 85 yaşlı kişi eyvandan yıxılaraq ölüb.

Teleqraf.com xəbər verir ki, paytaxt sakini, 1938-ci il təvəllüdlü Kamil Cəbiyev ötən gün yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən mənzilinin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb.

Nəticədə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində ölüb.

Hazırda fakt üzrə araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər