6 İyun 2023 11:04
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Maksim Abdullayev saxlanılıb.

Araşdırmalarla onun metronun “İnşaatçılar” stansiyasında bir qadının çantasından mobil telefonunu oğurlaması da müəyyən olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər