Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyunun 4-də axşam saatlarında Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantasından içərisində ümumilikdə 720 manat pul, bank kartları və sənəd olan cüzdanlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.