Beyləqanda avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən rayon sakini Ülvi İsgəndərli saxlanılıb.
Onun idarəsində olan "VAZ-21074" markalı avtomobil müvəqqəti duracağa yerləşdirilib. Adıçəkilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
O, qərara əsasən inzibati qaydada 15 sutka həbs edilib və nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılıb.