BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarix elmləri namizədi, əməkdar müəllim Kərəm Məmmədli vəfat edib.
Teleqraf.com xəbər verir ki, tanınmış alim 58 yaşında dünyasını dəyişib.
Kərəm Məmmədov 1965-ci il fevral ayının 22-də Gürcüstanın Dmanisi rayonunun (1947-ci ilə qədər Başkeçid) Gəyliyən kəndində anadan olub.
1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunub.
1995-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışıb, Azərbaycan və rus bölmələrində “Antropologiya”, “Qafqaz xalqlarının antropologiyası”, “Qafqaz xalqlarının etnoqrafiyası”, “Etnoqrafiya”, “Ermənilərin tarixi”, “Gürcüstan tarixi”, “Antropometriya” fənlərini tədris edir. “Antropologiyanın əsasları” və “Qafqaz xalqlarının etnoqrafiyası” dərsliklərinin müəllifidir.
1996-cı ildə “İslamaqədərki Azərbaycanda dini inanclar” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.