15 İyun 2023 18:59
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Gündüzqala kəndində, su kanalında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər