28 İyun 2023 16:45
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kafedə qətl hadisəsi olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 28-də saat 01 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini əvvəllər məhkum olunmuş Zaur Nemətova bıçaqla xəsarət yetirib.

Nəticədə Z.Nemətov xəstəxanaya aparılarkən ölüb.

Xəzər rayonu 1-ci Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə qəsdən adam öldürməkdə şübhəli bilinən A.Məcidov tutularaq istintaqa təhvil verilib.


Müəllif: Teleqraf.com