Məşhur Britaniya Muzeyinin anbarlarından oğurlanmış və itmiş eksponatlardan bəzilərinin “eBay onlayn alış-veriş saytında satışa çıxarılıb.
Teleqraf.com xəbər verir ki, itmiş, oğurlanmış və zədələnmiş əsərlərə görə muzeyin kuratoru Piter Hiqqs məsuliyyət daşıdığı üçün işdən azad olunub.
30 ilə yaxındır ki, muzeydə çalışan Hiqqsin ailəsi kuratorun ötən ay işdən çıxarıldığını və bir müddətdir barəsində araşdırma aparıldığını açıqlayıb.
Adı açıqlanmayan xarici ekspert Roma dövrünə aid naxışlı oniks daşının “eBay”da 40 funta (təxminən 86.668 AZN) satıldığını bildirib. Onun real dəyərinin təxminən 25 000-50 000 funt sterlinq (1,567- 3,135 AZN) arasında olduğunu qeyd edən ekspert zinət əşyalarının 2016-cı ildən saytda hərraca çıxarılması gözlədiyini deyib.
Saytda satışa çıxarılan bəzi eksponatların fotoşəkilləri muzey kataloqunda yoxdur. Bu məlumatlar sadəcə satıcıda olduğundan sözügedən əşyaların oğurlanma ehtimalını artırır.
“eBay”də əsəri satan hesabın adının “sultan1966” olduğunu qeyd edən ekspertlər, Hiqqsin “Twitter”də istifadəçi adının da “sultan1966” olduğuna diqqət çəkiblər.
Kolleksiyasında təxminən 8 milyon əsərlə dünyanın ən əhəmiyyətli muzeylərindən biri olaraq göstərilən Britaniya Muzeyi 16 avqustda bir çox əsərin nömrəsi verilmədən itdiyini, oğurlandığını və ya zədələndiyini ictimaiyyətlə paylaşıb.