21 Avqust 2023 09:32
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 19-da və 20-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən, borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər