21 Avqust 2023 10:18
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tik-Tok”da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.

Zərərəçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Araşdırmalar zamanı S.Sadıqovanın Tik-Tok sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub.

S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir.

"Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər", - məlumatd qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər