12 Yanvar 2015 17:46
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “The Washington Post” qəzetində Corctaun Universiteti nəzdində Diplomatiya Xidməti Məktəbinin professoru və “Azadlıq” radiosunun keçmiş başçısı Cefri Gedminin Azərbaycana qarşı qərəzli fikirlərinin yer aldığı məqaləsinə cavab olaraq Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin həmin qəzetdə “Azərbaycana qarşı ideoloji kampaniya” sərlövhəli yazısı dərc edilib.

Teleqraf.com-un məlumatına görə, A.Mollazadə yazır ki, C.Gedmin regionun strateji reallıqlarına məhəl qoymur və Azərbaycan əleyhinə aparılan səmərəsiz ideoloji kampaniyanı təbliğ edir. Bu da regionda ABŞ-ın və onun müttəfiqlərinin milli mənafelərinə mənfi təsir göstərir.

Yazıda deyilir: “Təəssüf ki, “Azadlıq” radiosu əvvəlki obyektivlik prinsiplərindən əl çəkərək, ölkəmizin düşmənlərinin şəxsi maraqlarının ifadə olunması vasitəsinə çevrilib. “Azadlıq” radiosunun nüfuzunu məhz bu cür şəxsi hücumlar zəiflədib. Bunlar mənim ölkəmə lazım olan obyektiv tənqidə də yer qoymur. “Azadlıq” radiosunun standartlarının pisləşməsinə görə cənab Gedmin məsuliyyət daşıyır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər