29 Avqust 2023 15:44
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, avqustun 28-də saat 12 radələrində Gəncə şəhəri ərazisində taksi sürücüsünün sərnişini olan qadının 500 manat pulunu və mobil telefonunu açıq talama yolu ilə alması barədə polisə məlumat daxil olub.

Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Yasin Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov