Bu gün saat 14:00 radələrində Gəncə şəhərində 1 nömrəli müntəzəm marşurut xətti üzrə hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq bina tikintisi üçün qazılan xəndəyə aşmasının anban görüntüləri ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, sərnişin avtobusu anidən arxaya doğru hərəkət edib və xəndəyə düşüb.
Məlumat üçün bildirək ki, qəza zamanı altı nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.
Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir.
Onların vəziyyətləri stabildir.
düşür.