25 Oktyabr 2023 15:14
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda qadını öldürərək yandırmaqda təqsirli bilinən 1985-ci il təvəllüdlü Orxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Orxan Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Orxan Novruzovun 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi ötən il mayın 27-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib.

Mayın 27-si saat 07 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, qətlə yetirilən Xuraman Həsənova orta məktəbin müəllimi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər