Ağstafada 23 yaşlı gənc başına ağac budağı düşməsi nəticəsində ölüb.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki parkların birində çinar ağacının budağı sınaraq 2000-ci il təvəllüdlü Seymur Məmmədovun üzərinə düşüb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.