Oktyabrın 30-da Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə sakini Səməndər Həsənovun yaşadığı evdə ölməsi barədə araşdırma aparılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirlib.
Faktı üzrə Xocalı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq aparılır.
Qeyd edək ki, Xocalı rayon polis şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub.
Dərhal Xocalı rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.
M.Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.