Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla bağlı araşdırma başlanılıb.
Teleqraf.com-un xəbərinə görə, məsələ ilə bağlı N.Sadıkov “Unikal”a açıqlama verib:
"Mən bu məsələlərlə bağlı danışmaq istəmirəm. Çünki buna vaxtım və həvəsim yoxdur. Ümumiyyətlə, bu məsələlər sizi niyə narahat edir ki?
Xahiş edirəm, məni bunlara görə narahat etməyin. Mən artıq belə məsələlərə görə yorulmuşam".
***
15:31
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir.
Teleqraf.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb. Onlarla bağlı istintaq orqanında araşdırma aparılır.
İttiham olunan şəxslərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlar.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.