Yevlax rayonunda ətraf mühitin çirkləndirilməsinə görə bələdiyyə sədrləri barəsində müvafiq tədbir görülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Yevlax rayon polis şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub.
Aşkarlanmış hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə) maddəsinin tələblərini pozduqlarına görə rayonun Qoyunbinəsi və Kövər kəndlərinin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.