19 Yanvar 2015 18:00
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantıda ilk öncə ötən həftə Vaşinqtonda Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair keşirilmiş dinləmələr müzakirə olunub.

İdarə Heyəti ötən həftə ölkə başçısı İlham Əliyevin Türkiyəyə rəsmi səfəri və bu səfərin yüksək səviyyədə təşkil olunmasını Türkiyənin Azərbaycan dövlətinə verdiyi yüksək dəyər kimi qiymətləndirib. Səfər çərvəsində iki qardaş dövlət arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın davam etdirilməsi barədə əldə olunan razılaşmalar strateji müttəfiqlik baxımından təqdir edilib, eyni zamanda bu əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasının və Türkiyə-Azərbaycan hərbi ittifaqının yaradılmasının vacibliyi qeyd edilib.

İdarə Heyəti ötən həftə ölkə başçısının qeyri-qanuni tikililərin sənədləşdirilməsi ilə bağlı verdiyi sərəncamı təqdir edib, eyni zamanda bildirilib ki, bu sərəncam dövlət məmurlarının qeyri-qanuni hərəkətləri ucbatından qanunsuz tikili adlandırılan bütün tikililərə şamil olunmalı və bu sərəncamın taleyi bundan qabaq verilən anoloji sərəncamın taleyi kimi olmamalıdır.

İdarə Heyəti Türkiyənin bu ilin aprelin 24-də “Çanaqqala savaşı”nın 100 illiyini qeyd edəcəyi ilə bağlı təşəbbüsünü alqışlayıb, eyni zamanda qardaş Türkiyəni birinci dünya müharibəsinin başa çatmasında önəmli döyüşlərdən biri və sülhün rəmzi kimi “Çanaqqala savaşı”nın 100 illiyini bütün dünya üzrə keçirməyə çağırıb.

İdarə Heyəti 20 yanvar faciəsinin 25 illiyi ilə bağlı da müzakirələr aparıb. Müzakirələrdə 1990-cı ilin 20 yanvar tarixli qanlı hadisələrini rus imperiyasının Azərbaycanın müstəqilliyinə qarşı həyata keçirdiyi siyasi cinayət və imperiyanın qorunub saxlanmasına cəhd kimi dəyərləndirilib və bu cinayətdə birbaşa məsuliyyətin keçmiş SSRİ-nin varisi sayılan Rusiya dövlətinin daşıdığını bildirilib.

Müzakirələrin sonunda sabah 20 yanvar şəhidlərinin ziyarəti ilə bağlı təşkilati məsələlər də müzakirələr olunub.


Müəllif:

Oxşar xəbərlər