İsmayıllı rayonunun meşə ilə həmsərhəd qeyri-meşə fondu torpağında yanğın hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb olunub.
Yanğınsöndürmə tədbirləri nəticəsində yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb.