Baş Prokurorluq Salyan rayonunda iki hərbçinin dəm qazından boğulması barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.