20 Yanvar 2015 20:04
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şəhidlər Xiyabanını ziyarət edənlər sırasında Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel də olub.

Səfirlikdən Teleqraf.com-a daxil olan xəbərə görə, səfir 20 Yanvar hadisəsi barədə fikirlərini bölüşüb: “Bu gün Azərbaycan üçün əlamətdar bir gündür: matəm və anma günüdür, Bakıda 25 il bundan əvvəl bir çox gənc kişi və qadının öz həyatlarını itirdikləri günüdür. Onların qəbirləri və qəbirlər üzərində həkk olunmuş simaları bizi sülh naminə səylərə və zorakılığa son qoymağa çağırır. Eyni zamanda onların anma günü bizi dinc və azad gələcək üçün yorulmadan işləməyə sövq edir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər